Bank Of Baku

İranda 12 yaşlı uşaq hakimdən anasına edam hökmü çıxarmasını istəyib

İranda 12 yaşlı uşaq hakimdən anasına edam hökmü çıxarmasını istəyib
# 16 mart 2012 12:55 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın Vəramin şəhərində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Fəriba adlı qadın edam cəzasına məhkum edilib. APA-nın məlumatına görə, 2011-ci ilin iyul ayında həyat yoldaşı Məhəmməddən intiqam almaq üçün onun üzünə kimyəvi maddə tökən Fəriba özü polisə təslim olub. Ağır vəziyyətdə xəstəxanaya aparılan 37 yaşlı Məhəmmədin həyatını xilas etmək mümkün olmayıb. İş üzrə cinayət işinə Tehran Məhkəməsinin 113-cü şöbəsində baxılıb. Məhkəmədə müttəhimin 12 yaşlı oğlu atasının qisası üçün hakimdən anasına edam hökmü çıxarmasını istəyib. Lakin azyaşlı olduğu üçün onun istəyi hüquqi baxımdan nəzərə alınmayıb. Sonra mərhumun valideynləri də övladları üçün qisas tələb ediblər. Məhkəmə şəriət qanunlarına əsaslanaraq Fəribaya edam hökmü çıxarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR