Bank Of Baku

ABŞ Hörmüz boğazına əlavə 4 gəmi və 4 vertolyot göndərəcək

ABŞ Hörmüz boğazına əlavə 4 gəmi və 4 vertolyot göndərəcək
# 16 mart 2012 15:05 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. ABŞ Silahlı Qüvvələri Hörmüz boğazına daha 4 gəmi və 4 vertolyot göndərəcək. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu ABŞ Hərbi-Dəniz Qüvvələrinin admiralı Conatan Qrenert ölkə Senatının Silahlı Qüvvələr Komitəsində çıxışında bildirib. O deyib ki, bununla Fars körfəzində ABŞ gəmilərinin sayı 8-ə çatdırılacaq. Ancaq C. Qrenert gəmilərin Hörmüz boğazına nə vaxt göndəriləcəyini açıqlamayıb.
Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Hörmüz boğazı ətrafına yeni mina dedektorları və müşahidə radarları da quraşdıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR