İran prezidenti Tacikistana səfər edəcək
16 mart 2012 15:07 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran prezidenti Mahmud Əhmədinejad Tacikistana səfər edəcək. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bu barədə İranın Tacikistandakı səfiri Əli Əsgər Şiirdust məlumat verib. Onun sözlərinə görə, səfər martın 24-26-da həyata keçiriləcək: “Üçgünlük səfər çərçivəsində M. Əhmədinejad paytaxt Düşənbə şəhərində təşkil olunacaq Ümumdünya Novruz şənliklərinə və 40 ölkənin xarici işlər nazirinin iştirak edəcəyi V Əfqanıstan iqtisadi toplantısına qatılacaq və bu yığıncaqda çıxış edəcək. Bundan əlavə, İran prezidenti Tacikistandakı İran məktəbinə baş çəkəcək, bu ölkədəki bəzi iqtisadi layihələrlə tanış olacaq və paytaxt Duşənbədə yeni inşa olunmuş İran Mədəniyyət Evinin açılış mərasimində iştirak edəcək”. Ə. Şiirdust səfər çərçivəsində M. Əhmədinejadın Əfqanıstan və Pakistan prezidentləri ilə də təkbətək görüşəcəyini və ikitərəfli əlaqələr və regional məsələlər mövzusunda fikir mübadiləsi aparacağını vurğulayıb.
Asiya
Qazaxıstan XİN İsveçrədə keçirilən “Sülh sammiti" ilə bağlı açıqlama yayıb
16:15
17 iyun 2024
Putinin Şimali Koreyaya səfərinin vaxtı məlum olub
15:03
17 iyun 2024
Hindistanda iki qatarın toqquşması nəticəsində 15 nəfər ölüb - VİDEO
13:18
17 iyun 2024
Netanyahu İsraildə fövqəladə hərbi kabineti buraxıb
12:38
17 iyun 2024