Bank Of Baku

İranda parlament seçkilərinin ikinci turu mayın 4-də keçiriləcək

İranda parlament seçkilərinin ikinci turu mayın 4-də keçiriləcək
# 17 mart 2012 16:16 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda IX çağırış parlament seçkilərinin ikinci turunun keçiriləcəyi vaxt məlum olub. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar deyib ki, parlamentdəki 65 nəfərlik yer uğrunda mübarizə bu il mayın 4-də olacaq.

İran parlamentində 30 deputatla təmsil olunan Tehran vilayətindən 25 millət vəkili seçilməlidir. Bu yerlər uğrunda isə 50 nəfər mübarizə aparacaq. Qalan 40 yer isə digər əyalətlərdən seçiləcək.

Qeyd edək ki, martın 2-də keçirilmiş parlament seçkilərinin birinci turunda 290 yerlik İran parlamentinə 225 millət vəkili seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR