Bank Of Baku

Ruhullah Becani növbəti dəfə Azərbaycanın Təbrizdəki baş konsulluğunu bağlamaqla hədələyib

Ruhullah Becani növbəti dəfə Azərbaycanın Təbrizdəki baş konsulluğunu bağlamaqla hədələyib
# 23 mart 2012 22:39 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda fəaliyyət göstərən “Ənsari-Hizbullah” təşkilatının Təbriz bölməsinin rəhbəri, axund Ruhullah Becani Azərbaycan Respublikasının prezidentinə açıq məktubla müraciət edib. APA-nın məlumatına görə, məktub İranın “Əmmariyun” adlı saytında yerləşdirilib. R. Becani məktubunda növbəti dəfə Azərbaycan Respublikasının Təbrizdəki baş konsulluğunu bağlayacağı ilə hədələyib: “Əgər Bakıda gey-parad keçirilərsə, Allaha and olsun ki, dövlətimin mövqeyini nəzərə almadan müqəddəs islam şəriətinə uyğun olaraq konsulluğu bağlayıb Azərbaycan İslam Partiyasının ofisinə çevirəcəyəm. Bu yolda heç bir prezidenti, hətta İran prezidenti Mahmud Əhmədinejadı da dinləməyəcəm. Bu, son xəbərdarlıqdır. Ölkəmin rəhbərləri də bu məktubu oxusunlar və bilsinlər ki, mənim kimsə ilə zarafatım yoxdur. Allaha and olsun ki, bu yolda qanımın tökülməsinə hazıram. Hər bir reaksiyaya dözəsi olsam da, konsulluğu bağlayacağam”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR