Bank Of Baku

İran, Əfqanıstan və Tacikistan arasında əməkdaşlıq memorandumu imzalanıb

İran, Əfqanıstan və Tacikistan arasında əməkdaşlıq memorandumu imzalanıb
# 26 mart 2012 20:43 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran, Əfqanıstan və Tacikistan arasında əməkdaşlıq memorandumu imzalanıb. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, razılaşma Tacikistanın paytaxtı Düşənbə şəhərində hər üç ölkənin prezidentinin iştirakı ilə keçirilmiş V yığıncaqda əldə olunub. Belə ki, memorandumda hər üç ölkəni bir-birinə bağlayacaq quru və dəmir yolu, elektrik xətlərinin, eyni zamanda neft, təbii qaz və su kəmərlərinin çəkilməsi, məsələnin texniki və maliyyə şərtlərinin araşdırılması üçün ortaq işçi qruplarının yaradılması öz əksini tapıb. Bunun üçün İslam İnkişaf Bankı, Asiya İnkişaf Bankı və digər beynəlxalq maliyyə mənbələrinin imkanlarından istifadə edilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR