Bank Of Baku

Ermənistan və İran sərhəddə birgə beynəlxalq park salacaq

Ermənistan və İran sərhəddə birgə beynəlxalq park salacaq
# 28 mart 2012 04:23 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran və Ermənistan hər iki ölkənin vəhşi heyvanlarının və bitkilər aləminin qorunması məqsədilə birgə beynəlxalq park salacaq. APA-nın İRNA-ya istinadən məlumatına görə, bunu İranın "Araz" azad iqtisadi zonasının rəhbəri Sadiq Nəcəfi bildirib. Onun sözlərinə görə, park Nurduz sərhəd zonasında salınacaq: “Layihə İranın Ekologiya və Ətraf Mühitin Qorunması Təşkilatı, “Araz” azad iqtisadi zonası və Ermənistanın müvafiq qurumunun birgə təşkilatçılığı ilə icra olunacaq. Artıq hər iki tərəfin nümayəndələri parkın salınacağı əraziyə baxış keçiriblər”.
Qeyd edək ki, bir müddət əvvəl İran prezidentinin müavini Məhəmməd Cavad Məhəmmədzadə iki ölkə arasında imzalanmış əməkdaşlıq protokolu əsasında İran və Ermənistan sərhədində 100 min hektarlıq ərazidə "Dostluq və sülh" parkının salınacağı barədə məlumat vermişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR