Bank Of Baku

Qüdsə yürüş edəcək 130 QHT nümayəndəsi Türkiyəyə toplaşıb

Qüdsə yürüş edəcək 130 QHT nümayəndəsi Türkiyəyə toplaşıb
# 28 mart 2012 11:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Qüdsə beynəlxalq yürüşlə əlaqədar Asiyanın müxtəlif ölkələrinin qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət 130 nəfərlik qrup martın 30-da Türkiyədən Livana, oradan da İsrail sərhədinədək yürüşə çıxacaq. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hazırda Türkiyənin Mersin vilayətinə toplaşmış qrupda Türkiyə, Azərbaycan, İndoneziya, Flippin, Hindistan, Pakistan, Tacikistan, Əfqanıstan, İran, İraq, Bəhreyn, Livan və Suriyadan nümayəndələr təmsil olunur. Qrup sərnişin kateri ilə Beyruta yola düşəcək. Qrupun rəhbəri, iranlı şair Nasir Feyiz bildirib ki, qrupun məqsədi Fələstin torpaqlarının İsrail tərəfindən işğalına etiraz etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR