Bank Of Baku

Rəcəb Tayyib Ərdoğan İranın vitse-prezidenti ilə görüşüb

Rəcəb Tayyib Ərdoğan İranın vitse-prezidenti ilə görüşüb
# 28 mart 2012 15:37 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İran prezidentinin birinci müavini Məhəmmədrza Rəhimi ilə görüşüb. APA-nın məlumatına görə, görüşdən sonra jurnalistlərin suallarını cavablandıran R. T. Ərdoğan İranın nüvə proqramı ilə bağlı fikirlərini bölüşüb.

İran və “altılıq” ölkələri arasında müzakirələrin İstanbulda keçirilməsini təklif edən Türkiyənin baş naziri bildirib ki, nüvə enerjisindən sülh məqsədləri üçün istifadəyə heç kəs qarşı çıxa bilməz: “Buna heç kimin haqqı və səlahiyyəti yoxdur. Əlbəttə ki, nüvə silahına ağlı başında olan hər kəs qarşı çıxar. İranın xarici işlər naziri Əli Əkbər Salehi də müzakirələrin İstanbulda keçirilməsi ilə bağlı daha öncə çıxış etmişdi. Belə zənn edirəm ki, qarşı tərəfin də bu məsələdə qərarını gözləməliyik”.

M. Rəhimi R. T. Ərdoğanın təklifini dəyərləndirərək deyib ki, İran da müzakirələrin Türkiyədə keçirilməsini istəyir və dəstəkləyir.

R. T. Ərdoğanın İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyi və prezident Mahmud Əhmədinejadla da görüşəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR