Bank Of Baku

“Fukusima-1” AES-də radiasiyanın göstəricisi ölüm səviyyəsini 10 dəfə üstələyir

“Fukusima-1” AES-də radiasiyanın göstəricisi ölüm səviyyəsini 10 dəfə üstələyir
# 28 mart 2012 16:39 (UTC +04:00)
Bakı - APA. Yaponiyadakı “Fukusima-1” AES-in ikinci reaktor blokunda radiasiyanın göstəricisi ölüm səviyyəsini 10 dəfə üstələyir. APA-nın “BBC News”a istinadən xəbərinə görə, bu göstərici proqnozlardan da artıq olub.

Bundan başqa, reaktorun soyudulması üçün istifadə olunan suyun da yetərli olmadığı bildirilir. Ətraf ərazilər üçün hələlik təhlükə olmasa da, mütəxəssislər reaktorun və digər qurğunun demontaj olunmasının çox çətin vəzifə olduğunu etiraf edirlər. Yeni zəlzələ və ya sunami isə reaktorların müvəqqəti soyudulması sistemini zədələyə, yaxud tamamilə məhv edə bilər ki, bu da qarşısıalınmaz nəticələrə gətirib çıxara bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR