Bank Of Baku

2020-ci ildə Çin dünyanın ən böyük iqtisadiyyatına malik olacaq

2020-ci ildə Çin dünyanın ən böyük iqtisadiyyatına malik olacaq
# 28 mart 2012 20:58 (UTC +04:00)
Bakı-APA. 2020-ci ildə Çin dünyanın ən böyük iqtisadiyyatına malik olacaq. Dünyanın ən iri konsaltinq şirkətlərindən olan Knight Frank və City Private Bank-ın birgə hazırladıqları hesabatda belə deyilir.

Hesabatda həmçinin bildirilir ki, 2050-ci ilədək Hindistan Çini ötərək dünyanın ən böyük iqtisadiyyatı olacaq.

Maliyyəçilərin fikrincə, 2050-ci ildə Hindistanın Ümumdaxili məhsulunun həcmi 85,97 trilyon dollar, Çində 80,02 trilyon, ABŞ-da 39,07 trilyon olacaq. Sonrakı yerləri İndoneziya, Braziliya, Nigeriya, Rusiya, Meksika, Yaponiya və Misir tutacaqlar.

2010-50-ci illərdə Hindistan illik 8%-lik inkişafla bu göstəriciyə görə dünyada ikinci yeri tutacaq. İllik 8,5%-lik artımla Nigeriya dünyanın ən sürətlə böyüyən iqtisadiyyatı olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR