Bank Of Baku

Qətərin xarici işlər naziri: “ABŞ-a Qətərin ərazisindən İrana hücum etməsinə icazə verməyəcəyik”

Qətərin xarici işlər naziri: “ABŞ-a Qətərin ərazisindən İrana hücum etməsinə icazə verməyəcəyik”
# 29 mart 2012 06:59 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “Qətər İrana qarşı istənilən hərbi müdaxilənin əleyhinədir”. APA-nın məlumatına görə, bunu “əl-Cəzirə” telekanalına müsahibəsində Qətərin xarici işlər naziri Şeyx Həməd Cəssim Əl-Tani deyib.

O bildirib ki, Qətər ABŞ-a öz ərazisindən İrana hücum etməsinə icazə verməyəcək: “Biz Qətər ərazisindən İrana qarşı hərbi əməliyyat aparılmasına razı ola bilmərik. İran və ABŞ bu məsələdə Qətərin belə bir mövqedə olduğunu bilir”.

Qeyd edək ki, ABŞ-ın ən iri hərbi bazalarından biri olan "Əl-Üdeyd" Qətərdə yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR