Bank Of Baku

Yaponiyada üç məhkum edam edilib

Yaponiyada üç məhkum edam edilib
# 29 mart 2012 07:39 (UTC +04:00)
APA-nın məlumatına görə, martın 29-da müxtəlif həbsxanalarda 3 məhkum edam edilib. Edam olunan şəxslərin adları açıqlanmır, onlardan birinin 1999-cu ildə dəmiryolu stansiyasında 5 nəfəri qətlə yetirdiyi vurğulanır. Yaponiya Ədliyyə Nazirliyi edamlarla bağlı xəbəri təsdiqləməkdən imtina edib. Ədliyyə nazirinin bu məsələ ilə bağlı mətbuat konfransı keçirəcəyi gözlənilir.

Qeyd edək ki, Yaponiyada sonuncu dəfə ölüm hökmü 2010-cu ilin iyulunda icra olunub. O zaman iki məhkum edam edilib, onlardan biri 6 nəfəri, digərinin isə 2 nəfəri qətlə yetirdiyinə görə edam hökmünə məhkum edilib.

Hazırda Yaponiya həbsxanalarında ölüm hökmünə məhkum edilmiş 132 dustaq var. Bu ölkədə adətən bir neçə nəfəri qətlə yetirmiş şəxslər ölüm hökmünə məhkum edilirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR