Bank Of Baku

Türkiyənin enerji naziri: ABŞ və Aİ-nın qərarları qarşısında hüquqi məsuliyyətimiz yoxdur

Türkiyənin enerji naziri: ABŞ və Aİ-nın qərarları qarşısında hüquqi məsuliyyətimiz yoxdur
# 30 mart 2012 00:20 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “Biz ABŞ və ya Avropa İttifaqının üzvü deyilik. Odur ki, onların qəbul etdiyi qərarlar qarşısında hüquqi məsuliyyətimiz yoxdur”. APA-nın məlumatına görə, bunu Türkiyənin enerji naziri Taner Yıldız deyib. O bildirib ki, Türkiyənin enerji ehtiyacının böyük bir hissəsini İran təmin edir: “Ölkəmizə lazım olan təbii qazın 18%-ni İrandan alırıq. Türkiyənin İrandan neft idxalı isə təbii qazdan da çoxdur. Bu səbəbdən də İrana qarşı sanksiyalara dair Türkiyədən sərt qərarlar gözlənilməməlidir. Çünki bizim üçün ölkəmizin ehtiyaclarının ödənilməsi daha önəmlidir”. T. Yıldız İranın mübahisəli nüvə proqramına da münasibət bildirərək deyib ki, İranın ali dini lideri nüvə silahının islama zidd olduğunu bəyan edib: “İran nüvə proqramından sülh məqsədləri üçün istifadə edildiyini vurğulayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR