Bank Of Baku

«Hizbullah»: Suriyadakı münaqişəni hərbi yolla həll etmək olmaz

«Hizbullah»: Suriyadakı münaqişəni hərbi yolla həll etmək olmaz
# 31 mart 2012 03:57 (UTC +04:00)
Bakı-APA. Suriyadakı münaqişəni hərbi yolla həll etmək olmaz. Livanın «Hizbullah» qruplaşmasının lideri şeyx Həsən Nəsrullah bu fikirdədir.

«Böhrandan yeganə çıxış yolu siyasi dialoqdur», deyə o bildirib.

«Hizbullah» lideri BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annana böyük ümidlər bəslədiyini qeyd edib. O həmçinin Bəşər Əsədin istefasını tələb edən Qərb və ərəb liderlərini ittiham edib. Onun sözlərinə görə problemin sülh yolu ilə həlli bütün ərəb ümmətinin xeyrinədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR