Bank Of Baku

Əhməd Davudoğlu : “Demokratik rejim qurulana qədər Suriya xalqına dəstəyimiz davam edəcək”

Əhməd Davudoğlu : “Demokratik rejim qurulana qədər Suriya xalqına dəstəyimiz davam edəcək”
# 02 aprel 2012 07:24 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun məlumatına görə, bu sözləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu “Suriya xalqının dostları” qrupunun İstanbulda keçirilən toplantısından sonra keçirdiyi mətbuat konfransında deyib. Toplantıda Suriyanın müxtəlif şəhərlərindən gəlmiş və yaxın vaxtlara qədər yüksək vəzifədə çalışmış məmurları dinlədiklərini xatırladan Əhməd Davudoğlu qonşu ölkədə insanların qətlə yetirilməsinin qarşısının alınması və humanitar yardımların yubadılmadan lazımi ünvanlara çatdırılması üçün BMT-nin xüsusi təmsilçisi Kofi Annanın təklif etdiyi planın bir an əvvəl həyata keçirilməsinin vacibliyini vurğulayıb: “Annan planı Ərəb liqasının təklif etdiyi planla bağlı konkret missiyadır. Biz Suriya Milli Şurasını leqal qurum kimi tanıyırıq və yardımların ölkəyə Milli Şura tərəfindən çatdırılmasını dəstəkləyəcəyik. BMT Təhlükəsizlik Şurası vaxt keçmədən Suriya ilə bağlı lazımi qərarı qəbul etməlidir. Suriyada demokratik rejim qurulana qədrə biz xalqa yardımımızı əsirgəməyəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR