Bank Of Baku

Səudiyyə Ərəbistanının neft naziri: Ölkəmiz neft hasilatını artırmır

Səudiyyə Ərəbistanının neft naziri: Ölkəmiz neft hasilatını artırmır
# 02 aprel 2012 18:52 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “Səudiyyə Ərəbistanı neft hasilatını artırmır ”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, Səudiyyə Ərəbistanının neft naziri Əli əl-Nəimi belə bir açıqlama verib. O bildirib ki, dünya bazarında neftin qiymətinin artması neft hasilatı ilə bağlı deyil: “Neftin qiymətinin qalxması neft hasilatının az olmasından qaynaqlanmır. Qiymət artımının heç bir məntiqi izahı yoxdur. Səudiyyə Ərəbistanı bazarda neftə ehtiyac artdığı təqdirdə hasilatı çoxalda bilər ”.
Qeyd edək ki, daha öncə Səudiyyə Ərəbistanı İrana qarşı neft sanksiyasını dəstəkləyərək, dünya bazarında yaranacaq neft qıtlığını qarşılamaq üçün neft hasilatını artıracağını bəyan etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR