Bank Of Baku

İranda islahatçı “Şərq” qəzetinin jurnalisti azadlıqdan məhrum edilib

İranda islahatçı “Şərq” qəzetinin jurnalisti azadlıqdan məhrum edilib
# 03 aprel 2012 01:45 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda həbsdə olan qadın jurnalistlərdən Reyhanə Təbatəbai barəsində məhkəmə hökm çıxarıb. APA-nın HRANA-ya istinadən məlumatına görə, R. Təbatəbai Tehranda nəşr olunan islahatçı “Şərq” qəzetinin redaksiya heyətinin üzvüdür. Hakimiyyətə qarşı çıxmaqda ittiham olunan jurnalistin məhkəmə prosesi sona çatıb və barəsində 1 il həbs cəzası çıxarılıb.
Qeyd edək ki, R. Təbatəbai 2010-cu il dekabrın 12-də İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən evində həbs edilib. Jurnalist 36 gün təkadamlıq kamerada saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR