Bank Of Baku

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini: Ölkəmizə hərbi müdaxilə edilərsə, ABŞ da İranın hücumlarına məruz qala bilər

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini: Ölkəmizə hərbi müdaxilə edilərsə, ABŞ da İranın hücumlarına məruz qala bilər
# 04 aprel 2012 00:25 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “Ölkəmizə hərbi müdaxilə edildiyi təqdirdə, buna cavab olaraq İran da ABŞ-a hücum edə bilər”. APA-nın məlumatına görə, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-mayor Məsud Cəzayiri deyib. O bildirib ki, İran istənilən hücuma qarşılıq verəcək: “Ölkəmizə hərbi müdaxilə edilərsə, bizim əməliyyatlarımız yalnız Yaxın Şərq və Fars körfəzini əhatə etməyəcək. ABŞ-ın ərazisi də bizim hücumlarımıza məruz qala bilər. Odur ki, müharibə olacağı təqdirdə, ABŞ-ın heç bir yeri təhlükəsiz olmayacaq”. M. Cəzayiri əlavə edib ki, İran heç bir ölkəyə birinci hücum etməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR