Bank Of Baku

Bu ilin mayında İranda “milli internet” şəbəkəsi fəaliyyətə başlayacaq

Bu ilin mayında İranda “milli internet” şəbəkəsi fəaliyyətə başlayacaq
# 04 aprel 2012 21:58 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “Bu ilin may ayından etibarən İranda “milli internet” şəbəkəsi fəaliyyətə başlayacaq”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın informasiya texnologiyaları və kommunikasiya naziri Rza Tağıpur bildirib. Onun sözlərinə görə, şəbəkənin hələlik birinci fazası işə salınacaq: “İlin axırınadək isə ikinci faza da fəaliyyətə başlayacaq. Şəbəkədə daxili data mərkəzi, milli axtarış sistemi, milli windows, milli e-mail tezliklə yaradılacaq”. R. Tağıpur deyib ki, hazırda qlobal internetin zərərli tərəfləri çoxdur: “Bu da insanların mədəniyyətinə və əxlaqına mənfi təsir göstərir. Ona görə də bu bir çox ölkələri buna alternativ internet şəbəkəsi yaratmağa məcbur edir”.
Qeyd edək ki, “milli internet” İrandan öncə Çində və Şimali Koreyada işə salınıb. İran internetin sürətinə görə 170 ölkə içərisində 164-dür. Eyni zamanda bu ölkədə internetdən istifadəyə görə ödənilən məbləğ dünyanın bütün ölkələrindəki qiymətlərdən bahadır. İstifadəçilərin 84%-nin internetə telefon vasitəsilə qoşulduğu İranda həmçinin 75 milyonluq əhalinin yalnız 11 milyonu bu sistemdən yararlana bilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR