Bank Of Baku

“Hyundai Motor Company” İranla əməkdaşlığı dayandırıb

“Hyundai Motor Company” İranla əməkdaşlığı dayandırıb
# 04 aprel 2012 23:53 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Cənubi Koreyanın “Hyundai Motor Company” şirkəti İranla əməkdaşlığı dayandırıb. APA-nın məlumatına görə, bu barədə ABŞ-ın “The New York Times” qəzeti yazıb. Məlumatda şirkətin İranla bütün ticarət müqavilələrini ləğv etdiyi bildirilib. Həmin müqavilələr İranla əsasən avtomobil montajı və şirkətin istehsal etdiyi maşınları bu ölkənin bazarında satmaq üçün bağlanmışdı.
Qeyd edək ki, “Hyundai Motor Company” son bir həftə ərzində İranla əməkdaşlığını dayandıran ikinci avtomobil şirkətidir. Bundan əvvəl “General Motors”un şəriki “PSA Peugeot Citroen” şirkəti İranla əməkdaşlığını kəsərək bu ölkənin “Khodro Industrial Group” şirkətinə avtomobil hissələri satmaqdan imtina edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR