Bank Of Baku

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin İranla bağlı yeni hesabatı açıqlanıb

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin İranla bağlı yeni hesabatı açıqlanıb
# 06 aprel 2012 02:08 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) İranla bağlı yeni hesabatı açıqlanıb. APA-nın məlumatına görə, MKİ-nin direktoru Ceyms Klapper tərəfindən ABŞ Konqresinə təqdim edilən hesabat “Kütləvi qırğın silahları və hərbi texonologiyaların satın alınması” adlanır. Sənəddə bildirilir ki, İran 2011-ci ildə nüvə proqramını inkişaf etdirməyi davam etdirib: “2011-ci il noyabrın əvvəllərinə qədər İran 4900 kiloqram az zənginləşdirilmiş uran əldə edib. Əvvəlki ilin eyni dövründə isə bu rəqəm 3200 kiloqram olub. 4150 kiloqram uran 3,5%-ə qədər zənginləşdirilərkən, 80 kiloqram uran 20%-ə qədər zənginləşdirilib. Ancaq İranın əlindəki uran hələlik nüvə silahı edilə biləcək qədər zənginləşdirilməyib”. Hesabatda qeyd olunur ki, İran Qumdakı “Fordo” yeraltı nüvə obyektlərində yeni sentrifuqalar quraşdırıb. Sənəddə həmçinin 2011-ci ildə İran rəhbərliyinin nüvə fəaliyyətlərində bəzi maneələrlə qarşılaşdığı vurğulansa da, ancaq bu maneələrin nədən ibarət olduğu açıqlanmayıb. Sadəcə nüvə reaktorlarında yanacaq olaraq istifadə edilən “sarı keks”in az qala tükəndiyi məlumatına yer verilib. Hesabatda İranın raket texnologiyasını sürətlə inkişaf etdirdiyi və bu texnologiyanın xaricdən asılı olduğu bildirilir: “İran raket sistemlərini inkişaf etdirmək üçün Rusiya, Çin və Şimali Koreyadan bəzi detalları alır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR