Bank Of Baku

Almaniya XIN-i Malidə üsyançıları konstitusiya qaydalarına riayət etməyə çağırıb

Almaniya XIN-i Malidə üsyançıları konstitusiya qaydalarına riayət etməyə çağırıb
# 07 aprel 2012 19:37 (UTC +04:00)
Bakı-APA Almaniya xarici işlər naziri Gido Vestervelle Malidə üsyançıları konstitusiya qaydalarına riayət etməyə çağırıb.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Vestervelle deyib ki, Malidə bütün tərəflər güc tətbiq etmədən, öz aralarında olan problemləri konstitusiya qaydalarına uyğun həll etməlidirlər. Malinin ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz.
Almaniya birtərəfli müstəqilliyin elan olunmasını qəbul olunmaz hesab edir. Nazir tuareq tayfalarının Malinin şimalındakı Azavad regionunun müstəqilliyi elan edilməsindən narahatlığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR