Bank Of Baku

“Buşehr” Atom Elektrik Stansiyası yaya qədər tam gücü ilə fəaliyyət göstərəcək

“Buşehr” Atom Elektrik Stansiyası yaya qədər tam gücü ilə fəaliyyət göstərəcək
# 09 aprel 2012 07:10 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın “Buşehr” Atom Elektrik Stansiyası (AES) yaya qədər tam gücüylə fəaliyyət göstərəcək. APA-nın məlumatına görə, bu barədə stansiyanın layihə rəhbəri Mahmud Cəfəri bildirib. O, hazırda AES-in 75% fəaliyyət göstərdiyini deyib: “Son aylar ərzində həyata keçirilən sınaqlar uğurla nəticələnib. Hazırda stansiyanı iranlı və rus alimləri birgə işlədirlər. Lakin bir müddət sonra “Buşehr”in bütün məsuliyyəti İrana aid olacaq”.

Qeyd edək ki, Buşehr stansiyasının təkmilləşdirilməsi üçün 1995-ci ildə İranla Rusiya arasında təxminən 1 milyard dollar məbləğində müqavilə imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR