Bank Of Baku

Yəməndə radikal islamçıların hərbi bazaya hücumu nəticəsində azı 25 nəfər ölüb

Yəməndə radikal islamçıların hərbi bazaya hücumu nəticəsində azı 25 nəfər ölüb
# 09 aprel 2012 12:35 (UTC +04:00)
Bakı – APA. Yəmənin cənubundakı Loudar şəhəri yaxınlığında “Ənsar əl-Şəria” adlı radikal islamçı qruplaşmanın üzvlərinin hərbi bazaya hücumu nəticəsində azı 25 nəfər ölüb. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, döyüş zamanı hərbçilər azı 15 silahlını öldürüblər, daha 5 terrorçu hərbi təyyarələrin bombardmanı nəticəsində ölüb. Hökumət qüvvələri 4 itki veriblər. Atışmada bir yerli sakin də ölüb.

İslamçı qruplaşmanın liderləri növbəti dəfə Loudar şəhərini hədəf alacaqlarını açıqlayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR