Bank Of Baku

ABŞ Fars körfəzinə ikinci aviadaşıyan gəmi göndərib

ABŞ Fars körfəzinə ikinci aviadaşıyan gəmi göndərib
# 09 aprel 2012 17:58 (UTC +04:00)
Bakı-APA. ABŞ hərbi komandanlığı Enterprise atom aviadaşıyan gəmisini Fars körfəzinə göndərib. APA-nın məlumatına görə, bu barədə Bəhreyndə yerləşən ABŞ 5-ci donanmasının rəsmi nümayəndəsi Emi Derrik-Frost məlumat verib.

Məlumata görə, Enterprise artıq Fars körfəzindədir. Enterprise bölgəyə aviadaşıyan zərbə qrupunun tərkibində gəlib. Qrupa Vicksburg kreyseri, Nitze, Porter və James E. Williams eskadra mina gəmiləri daxildirlər.

Bölgədə daha öncədən də bir aviadaşıyan zərbə qrupu var. Bu qrupa Abraham Lincoln aviadaşıyan gəmisi daxildir. Son 10 il ərzində 2 ABŞ aviadaşıyan zərbə qrupu yalnız 4 dəfə eyni vaxtda eyni bölgədə olublar.

Derrik-Frostun sözlərinə görə, Enterprise və Abraham Lincoln Əfqanıstandakı əməliyyata dəstək verəcəklər, Somali sahillərində quldurluğa qarşı mübarizədə iştirak edəcəklər və Fars körfəzindən əsas neft nəqletmə yollarına nəzarəti həyata keçirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR