Cey Karni: “İran dünya ictimaiyyətinə nüvə silahı istehsal etmək niyyətində olmadığını sübut etməlidir”
10 aprel 2012 10:06 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. “İran ABŞ-a və dünya ictimaiyyətinə nüvə silahı istehsal etmək niyyətində olmadığını sübut etməli və bunun üçün müəyyən addımlar atmalıdır”. APA-nın məlumatına görə, bu fikirləri Ağ Evin mətbuat katibi Cey Karni bildirib. Onun sözlərinə görə, İranın niyyətini sözlərlə deyil, əməllərlə ölçmək lazımdır: “Bizim aprelin 14-də İranla “altılıq” ölkələri arasında keçirilməsi planlaşdırılan müzakirədə problemin həll olunacağına dair gözləntilərimiz var. Biz İranın praktiki şəkildə dünya ictimaiyyətinin narahatlığını aradan qaldırmasını və nüvə proqramında məqsədinin atom bombası istehsal etmək niyyətində olmadığına zəmanət verməsini istəyirik. ABŞ prezidenti Barak Obamanın dediyi kimi, İran üçün bütün diplomatik pəncərələr bağlanmaq üzrədir. Ona görə də İran məsələni ciddi qəbul etməlidir”.
Asiya
Fransanın Şri-Lankadakı səfiri iqamətgahında ölü tapılıb
23:30
26 may 2024
Türkiyədə ağır yol qəzası baş verib, 10 nəfər ölüb, çoxsaylı yaralı var
23:06
26 may 2024
HAMAS Təl-Əvivi raket atəşinə tutub, 2 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB-1
19:13
26 may 2024
Hindistanda əyləncə parkında yanğın olub, 28 nəfər ölüb
17:56
26 may 2024