İran prezidentinin müavini və Haşimi Rəfsəncaninin qızı haqda məhkəmə qərarları yaxın günlərdə icra olunacaq
10 aprel 2012 11:45 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İranın Məsləhət Şurasının sədri, eks-prezident Əli Əkbər Haşimi Rəfsəncaninin qızı barəsində çıxarılmış həbs cəzası tezliklə icra ediləcək”. APA-nın məlumatına görə, bunu İranın baş prokuroru Qulamhüseyn Möhsüni Ejei bildirib. O deyib ki, İran prezidentinin müavini Həmid Bəqayi və onun müşaviri Əli Əkbər Cavanfikir haqda çıxarılmış məhkəmə qərarları da yaxın günlərdə icra olunacaq.
Qeyd edək ki, Tehran İnqilab Məhkəməsi Faizə Haşimi Rəfsəncanini 6 ay müddətinə azadlıqdan məhrum edib. Eyni zamanda onun ictimai-siyasi fəaliyyətinə 5 il müddətinə qadağa qoyulub. İran prezidentinin müşaviri, İRNA dövlət xəbər agentliyinin icraçı direktoru, “İran” qəzetinin baş redaktoru Əli Əkbər Cavanfikirin üzərində həm həbs, həm də ictimai-siyasi fəaliyyət yasağı, onun müavini Həmid Bəqayinin üzərində isə sadəcə 4 il dövlət orqanlarında işləməmək qadağası var.

Asiya
KİV: Qəzzada atəşkəs danışıqları dayandırılıb
08:47
18 may 2024
Əfqanıstanda atışma nəticəsində üç ispan vətəndaşı ölüb
08:35
18 may 2024
İsrail qüvvələri Qəzzanın Cəbəliyə bölgəsində üç israilli girovun meyitini tapıb
19:38
17 may 2024
İsrail ordusu Qəzzanın Cəbəliyə bölgəsində şiddətli döyüşlərin getdiyini açıqlayıb
14:29
17 may 2024