Bank Of Baku

Sergey Lavrov: “Suriya rəhbərliyi böhranı həll etmək üçün “Annan planı”nı həyata keçirməyə başlayıb”

Sergey Lavrov: “Suriya rəhbərliyi böhranı həll etmək üçün “Annan planı”nı həyata keçirməyə başlayıb”
# 10 aprel 2012 12:28 (UTC +04:00)
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada suriyalı həmkarı Valid Muallem ilə görüşdən sonra keçirdiyi birgə brifinqdə bildirib.

Rusiyanın baş diplomatı Suriyanın xarici işlər naziri Valid Muallem ilə planın icra vəziyyəti ilə bağlı ətraflı söhbət etdiyini deyib: “Annan planı Suriya hökumətinin islahatlar həyata keçirməsini, müxalifətin xüsusi öhdəlikləri yerinə yetirməsini, bütün tərəflərə qarşı silahlı zorakılığı dayandırmasını, əhaliyə humanitar yardımın göstərilməsini və tərəflər arasında siyasi dialoqun başlanmasını təmin edir. Koffi Annan planı yekdilliklə BMT-nin Təhlükəsizlik Şurası tərəfindən 21 mart tarixində təsdiqlənib və qeyd edilib ki, Annan missiyanın fəaliyyəti ilə bağlı müntəzəm olaraq Təhlükəsizlik Şurasını məlumatlandırmalıdır. Biz bütün müxalifəti, siyasi, xüsusilə də silahlı təsir gücünə malik ölkələri təcili atəşkəs əldə etmək üçün iş görməyə çağırırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR