Bank Of Baku

İran İspaniyaya neft ixracını dayandırıb

İran İspaniyaya neft ixracını dayandırıb
# 11 aprel 2012 03:49 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran Yunanıstandan sonra İspaniyaya da neft ixracını dayandırıb. APA-nın məlumatına görə, bu barədə İranın “Press TV” kanalı xəbər yayıb. Bildirilib ki, Tehran Qərbin İrana yönələn neft sanksiyalarına qarşı önləyici addım ataraq belə bir qərar qəbul edib. İspaniyadan sonra Almaniya və İtaliyaya da neft satışının dayandırılması ilə bağlı ölkə daxilində müzakirələr aparılır.
Qeyd edək ki, İran daha öncə Fransa və Böyük Britaniyaya da neft ixracını dayandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR