Bank Of Baku

Türkiyə Suriyadan qorunmaq üçün NATO-dan kömək istəyə bilər

Türkiyə Suriyadan qorunmaq üçün NATO-dan kömək istəyə bilər
# 12 aprel 2012 16:18 (UTC +04:00)
Bakı - APA. Suriya ordusu Türkiyənin sərhədlərini pozmaqda davam etsə, Ankara NATO-dan hərbi-texniki yardım istəyəcək. APA-nın “Associated Press”ə istinadən xəbərinə görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinə əsasən, Türkiyə alyansın digər üzvləri kimi onun köməyinə ümid edə bilər. Bu maddədə göstərilir ki, NATO-nun hər hansı üzv ölkəsinə hücum bütövlükdə alyansa hücum deməkdir.

Qeyd edək ki, Suriyada vətəndaş müharibəsi başlayandan bəri bu ölkənin 20 min vətəndaşı Türkiyəyə sığınıb. Bir neçə gün əvvəl Suriya ordusu Türkiyədə suriyalı qaçqınların məskunlaşdığı düşərgəni atəşə tutub. Nəticədə 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR