Bank Of Baku

Ermənistanda İrandan çəkiləcək neft kəmərinin tikintisinə start verilib

Ermənistanda İrandan çəkiləcək neft kəmərinin tikintisinə start verilib
# 12 aprel 2012 22:12 (UTC +04:00)
APA-nın vz.ru saytına istinadən verdiyi məlumata görə, bu kəmərin tikintisi keçən il başlanılmalı idi.
İranın neft məhsullarının satışı üzrə milli şirkətin icraçı direktoru Cəlil Salari bildirib ki, Ermənistan Gürcüstandan neft məhsullarını nəql etməyin əlverişli olmadığını hesab edərək İrandan idxal etməyə qərara gəlib. Onun sözlərinə görə, ilk vaxtlarda İrandan Ermənistana neft məhsulları avtomobil yolları ilə, sonradan idxal kəmər vasitəsi ilə həyata keçiriləcək. Lakin Ermənistanın təbii sərvətlər və energetika nazirliyi bu xəbəri təkzib edib. Nazirliyin nümayəndəsi Lusune Arutyunyan bildirib ki, İran nefti nə avtomobil, nə də kəmər vasitəsi ilə Ermənistana idxal olunmur. Onun sözlərinə görə, Ermənistanla İran arasında əldə olunmuş razılaşmaya görə, Təbrizdən Yerevana neft kəməri tikilməli idi. Lakin bunun reallaşmasına dair heç bir addımlar atılmayıb və proyekt müzakirə səviyyəsində qalıb. “Dövlət səviyyəsində İrandan neft məhsulları Ermənistana daxil olmur”.
Bir qədər əvvəl Ermənistanın təbii sərvətlər və energetika naziri Armen Movsesyan bəyan etmişdi ki, İrandan çəkiləcək neft kəmərinin Ermənistan hissəsinin tikintisini Yerevan özü maliyyələşdirəcək. İran yalnız öz ərazisində tikinti aparacaq. Erməni nazir deyib ki, kəmərin tikintisinə Yerevan 100 mln dollar ayırmaq niyyətindədir.
“Vzqlyad” qəzetinin verdiyi xəbərə görə, Təbriz (İran) –Ersax (Ermənistan) neft kəməri layihəsinin qiyməti 240 mln dollardır. Layihədə iki terminalların tikintisi də nəzərdə tutulub. Bununla Ermənistana Fars Körfəzindən ucuz neft məhsulları almaq imkanını əldə edə bilər.
Bu layihə ətrafında danışıqlar 2005-ci ildən gedir. Ermənistanın illik neft məhsullarına ehtiyacı 400 min tondur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR