İran parlamentinin xarici əlaqələr komitəsinin sədri: Müzakirələrdə “altılıq” ölkələrinə bəhanə verməməliyik
13 aprel 2012 20:37 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İstanbulda keçiriləcək müzakirələrdə “altılıq” ölkələrinin əlinə bəhanə verməməliyik”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran parlamentinin xarici əlaqələr komitəsinin sədri Heşmətulla Fəlahət Pişə deyib. O bildirib ki, “altılıq” tərəfindən olan bəzi şəxslər İrana qarşı neft sanksiyalarının tətbiq edilməsi üçün müxtəlif bəhanələrlə müzakirələri çətinləşdirməyə çalışacaqlar: “İranın nüvə haqqından əl çəkməyəcəyini bilən avropalıların əsas məqsədi müzakirələrdə nəticə əldə etmək deyil, vəziyyəti daha da ağırlaşdırmaqdır. Bunun üçün onların əlinə heç bir bəhanə verməməliyik”. H. F. Pişə əlavə edib ki, İran heyəti “altılıq” ölkələri ilə görüşdə tək nüvə proqramı ilə bağlı deyil, başqa önəmli mövzuları da müzakirə etməlidirlər”.
Asiya
İsrail qüvvələri Qəzzanın Cəbəliyə bölgəsində üç israilli girovun meyitini tapıb
19:38
17 may 2024
İsrail ordusu Qəzzanın Cəbəliyə bölgəsində şiddətli döyüşlərin getdiyini açıqlayıb
14:29
17 may 2024
Malayziyada Əl-Qaidə ilə əlaqəli şəxsin hücumu nəticəsində iki polis həlak olub
12:39
17 may 2024
Türkiyə SQ İraq və Suriyada 7 terrorçu zərərsizləşdirib
11:47
17 may 2024