Bank Of Baku

Suriyada atəşkəsə əməl olunmur

Suriyada atəşkəsə əməl olunmur
# 14 aprel 2012 10:15 (UTC +04:00)
Bakı – APA. Suriya ordusu aprelin 14-nə keçən gecə Homs şəhərinin iki rayonunu artilleriya atəşinə tutmağa başlayıb. APA-nın xəbərinə görə, bu barədə “Reuters” agentliyi hüquq müdafiəçiləri və şahidlərə istinadən məlumat yayıb. Atəş nəticəsində şəhərin bir neçə sakini yaralanıb. Bombardman davam edir.

Qeyd edək ki, aprelin 12-dən etibarən prezident Bəşər Əsəd tərəfdarları ilə üsyançılar arasında atəşkəs razılaşması qüvvəyə minmişdi. Hökumət qüvvələrinin şəhərləri tərk edəcəyi gözlənilirdi. Lakin aprelin 13-də hər iki tərəf bir-birini atəşkəs pozuntularında günahlandırıb. Ölkənin müxtəlif yerlərində azı 6 nəfər ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR