Bank Of Baku

Çin valyuta siyasətini liberallaşdırılması barədə qərar qəbul edib

Çin valyuta siyasətini liberallaşdırılması barədə qərar qəbul edib
# 15 aprel 2012 02:19 (UTC +04:00)
Bakı-APA. Çin hökuməti yuanı qlobal valyutaya çevirmək istiqamətində mühüm addım atıb.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, rəsmi Pekin yuanın dəyərini dollara nisbətdə ikiqat gücləndirmək haqda qərar verib.

Çin Xalq Bankı bəyan edib ki, aprelin 16-dan başlayaraq yuanın gündəlik ticarətində məzənnəsinin 1 faiz qalxıb-düşməsinə icazə verəcək. İndiyədək bu limit 0.5 faizdə qərar tutmuşdu.

Çin rəsmiləri inanırlar ki, yuan ekvilibrium səviyyəsinə çatıb və artım tempinin azalmasına baxmayaraq Çin iqtisadiyyatı mühüm və strukturlu maliyyə islahatlarına tab gətirə bilər.

Bu addım Çinə gələn həftə Beynəlxalq Valyuta Fondunun Vaşinqtonda keçiriləcək toplantısında tənqidlərdən yayınmaq imkanı verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR