Bank Of Baku

İndoneziyada 5,9 bal gücündə zəlzələ baş verib

İndoneziyada 5,9 bal gücündə zəlzələ baş verib
# 15 aprel 2012 03:29 (UTC +04:00)
Bakı-APA. İndoneziya sahilləri yaxınlığında 5,9 bal gücündə zəlzələ baş verib.
APA-nın verdiyi xəbərə görə, ABŞ Geoloji xidmətindən bildiriblər ki, zəlzələnin episentri paytaxt Cakartadan 170 km aralıda, mərkəzi isə yar səthinin 50 km dərinliyində olub.
Tələfat və dağıntılar barədə xəbər verilmir. Sunami təhlükəsi elan olunmayıb.
Xatırladaq ki, bir qədər əvvəl İndoneziyanın Açeh əyalətində 8,6 bal və 8,3bal gücündə zəlzələ olub. Sunamidən ehtiyatlanan şəhər sakinləri panika halında evlərini tərk ediblər. Lakin sonradan sunami təhlükəsi olmadığı elan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR