Bank Of Baku

Əli Əkbər Salehi: “İranın nüvə proqramının hər iki tərəfin də qazanacağı yolla həllini arzu edirik”

Əli Əkbər Salehi: “İranın nüvə proqramının hər iki tərəfin də qazanacağı yolla həllini arzu edirik”
# 16 aprel 2012 15:14 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İstanbul görüşündə İranla “altılıq” ölkələri ortaq nöqtəyə gəliblər”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi deyib. O bildirib ki, problemlərin həllində hər iki tərəfin də qarşılıqlı xoş niyyəti var: “Müzakirələrdə tərəflərin xoş niyyətli olması önəmlidir. İranla “altılıq” ölkələri arasında keçirilən görüşün uğursuz nəticələnməsini istəyənlər var idi. Lakin buna izin vermədik, İstanbul müzakirələri uğurlu keçdi. Nüvə məsələsinin hər iki tərəfin də qazanacağı şəkildə həllini arzu edirik. Həm bizim hüquqlarımızı qoruyacaq, həm də qarşı tərəfin narahatlığını aradan qaldıracaq bir həll yolu olduğunu düşünürəm. İranın nüvə məsələsinin həlli hər iki tərəfin də lehinədir”.

Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında növbəti görüş mayın 23-də İraqın paytaxtı Bağdad şəhərində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR