Bank Of Baku

Əfqanıstan prezidenti NATO-nu tənqid edib

Əfqanıstan prezidenti NATO-nu tənqid edib
# 16 aprel 2012 15:26 (UTC +04:00)
Bakı – APA. Əfqanıstan prezidenti Həmid Karzay talibançıların Kabil, Cəlalabad və digər şəhərlərdə həyata keçirdiyi terror aktlarını milli əks-kəşfiyyatın və NATO-nun uğursuzluğu kimi qiymətləndirib. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, H. Karzay güc strukturları əməkdaşlarının şücaətini yüksək qiymətləndirərək bildirib ki, onlar öz torpaqlarını müdafiə edə biləcəklərini xalqa nümayiş etdirdilər. O, müvafiq orqanlardan qısa zamanda baş verənləri araşdıraraq ona hesabat verilməsini tələb edib.

Qeyd edək ki, bazar günü taliblərin hücumu nəticəsində Kabil şəhəri, Nanqarhar, Paktiya və Lohar əyalətlərində güc strukturlarının 11 əməkdaşı və 4 dinc sakin ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR