Bank Of Baku

İran ordu komandanı: “Ölkəmizin bir parçası olan 3 ada ilə bağlı heç kəsə istədiyi kimi müzakirə aparmağa icazə verməmişik”

İran ordu komandanı: “Ölkəmizin bir parçası olan 3 ada ilə bağlı heç kəsə istədiyi  kimi müzakirə aparmağa icazə verməmişik”
# 17 aprel 2012 13:55 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. “İranın ərazi bütövlüyü haqqında heç kəsə istədiyi kimi müzakirə aparmağa izin verməmişik”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran ordusunun komandanı, general Ataullah Salehi Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) xarici işlər nazirinin mübahisəli üç ada məsələsi ilə bağlı açıqlamasına etiraz olaraq deyib.

O bildirib ki, xarici qüvvələrin təhriki ilə İran ərazisi ilə bağlı edilən yanlış açıqlamalara yenidən nəzər salınmalıdır: “Ölkəmizin ərazi bütövlüyü çərçivəsində 3 ada haqqında heç kimə cəsarət nümayiş etdirməyə icazə verməmişik. Biz İran prezidentinin ölkəmizin bir parçası olan 3 adaya səfər etməsindən son dərəcə məmnunuq və qürur duyuruq”.

Qeyd edək ki, İran prezidenti Mahmud Əhmədinejadın Fars körfəzində yerləşən Əbu Musa adasında görüş keçirməsi BƏƏ-nin narazılığına səbəb olub. Mübahisəli Əbu Musa, Kiçik və Böyük Tonb adaları BƏƏ Böyük Britaniyadan müstəqillik qazanandan sonra İranın nəzarəti altına keçib. İranla imzalanmış müqaviləyə əsasən, Əbu Musa adası hər iki ölkə tərəfindən ortaq idarə olunmalıdır. Lakin BƏƏ iddia edir ki, 1991-ci ildən İran Əbu Musa adasını tamamilə öz nəzarəti altına alıb, orada hava limanı və hərbi baza yaradıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR