Bank Of Baku

İran yerli “S-300”lərin istehsalına başlayıb

İran yerli “S-300”lərin istehsalına başlayıb
# 18 aprel 2012 11:50 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. “İran “S-300” raketdən müdafiə sisteminin alternativini istehsal edir”. APA-nın məlumatına görə, bu barədə İranın müdafiə naziri Əhməd Vahidi jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, İran öz daxili imkanları hesabına yerli “S-300” raketdən müdafiə sistemi istehsal etməyə başlayıb: “Bu layihə çərçivəsində indiyə qədər həyata keçirilən bütün işlər uğurla nəticələnib. Müjdəli xəbəri bu il verəcəyik”.

Ə. Vahidi İranla Birləşmiş Ərəb Əmirliyi arasında mübahisəli 3 ada məsələsinə də toxunaraq bildirib ki, bu adalar İran torpaqlarının ayrılmaz parçasıdır və buna heç kimin şübhəsi olmamalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR