Bank Of Baku

Əli Əkbər Salehi: “İranla “altılıq” ölkələri arasında keçirilən İstanbul görüşü nüvə probleminin sonu kimi də dəyərləndirilə bilər”

Əli Əkbər Salehi: “İranla “altılıq” ölkələri arasında keçirilən İstanbul görüşü nüvə probleminin sonu kimi də dəyərləndirilə bilər”
# 18 aprel 2012 13:29 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İstanbul müzakirələrində Qərbin siyasi və iqtisadi təzyiqlərlə İranı təslim edə bilməyəcəyi və Tehranın nüvə haqqından vaz keçməyəcəyi isbat edildi”. APA-nın məlumatına görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi deyib.

O bildirib ki, əvvəllər ABŞ və bəzi Qərb ölkələri İranın nüvə proqramının həllində əngəllər yaradıb: “İranla “altılıq” ölkələri arasında keçirilən İstanbul görüşü nüvə probleminin sonu kimi də dəyərləndirilə bilər. Təzyiqlərə baxmayaraq, İranın həyata keçirdiyi nüvə proqramında irəliləyişlərə nail olmuşuq”.

Ə. Ə. Salehi nüvə probleminin sona çatacağına ümid bəslədiyini də bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR