Bank Of Baku

İranın Quru Qoşunları komandanı: 3 ada məsələsi diplomatik yolla həll olunmazsa, İran Silahlı Qüvvələri gücünü göstərməyə hazırdır

İranın Quru Qoşunları komandanı: 3 ada məsələsi diplomatik yolla həll olunmazsa, İran Silahlı Qüvvələri gücünü göstərməyə hazırdır
# 18 aprel 2012 23:57 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “Heç kimə İranın ərazisinə daxil olan 3 adaya əl uzatmağa icazə vermərik”. APA-nın məlumatına görə, bunu İranın Quru Qoşunları komandanı, general Əhmədrza Purdastan deyib. O bildirib ki, Əbu Musa, Kiçik və Böyük Tonb adaları qədimdən İrana məxsus olub: “Biz öz haqqımızı qətiyyətlə və güclü şəkildə müdafiə edəcəyik. Əgər məsələ diplomatik yolla həll olunmazsa, İranın Silahlı Qüvvələri özünün və hökumətin gücünü göstərməyə hazırdır”.
Qeyd edək ki, İran prezidenti Mahmud Əhmədinejadın Fars körfəzində yerləşən Əbu Musa adasında görüş keçirməsi Birləşmiş Ərəb Əmirliyinin narazılığına səbəb olub. BƏƏ xarici işlər naziri Abdulla bin Zahid əl-Nəhyan açıqlama verib ki, M. Əhmədinejadın Əbu Musa adasına səfəri mübahisəli 3 ada məsələsinin sülh yolu ilə həllinə ziddir: “Bu ada BƏƏ-nin torpağıdır. İran prezidentinin Əbu Musaya səfəri adanın bu statusunu dəyişdirə bilməz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR