Bank Of Baku

İsrail xarici işlər nazirinin müavini: Dünya ictimaiyyəti dərhal İrana qarşı sanksiyaların ağırlaşdırılması qərarını tətbiq etməlidir

İsrail xarici işlər nazirinin müavini: Dünya ictimaiyyəti dərhal İrana qarşı sanksiyaların ağırlaşdırılması qərarını tətbiq etməlidir
# 19 aprel 2012 00:50 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “Dünya ictimaiyyəti iyul ayına qədər gözləmədən İrana qarşı aldığı sanksiyaların ağırlaşdırılması qərarını dərhal tətbiq etməlidir”. APA-nın məlumatına görə, bunu İsrailin xarici işlər nazirinin müavini Dani Ayalon jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, aprelin 14-də Türkiyənin İstanbul şəhərində İranla “altılıq” ölkələri arasında keçirilən müzakirələr rəsmi Tehranın növbəti oyunudur: “İranın mübahisəli nüvə proqramı ilə bağlı keçirilmiş əvvəlki toplantının üzərindən az qala yarım il keçib. Bu müvəffəqiyyətsiz görüş zaman itkisi oldu. Ona görə də dünya ictimaiyyətini İstanbul görüşündəki yaxşı atmosferin yaratdığı tələyə düşməməyə çağırıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR