Bank Of Baku

İranda parlament seçkilərinin ikinci mərhələsində 130 namizəd 65 yer üçün mübarizə aparacaq

İranda parlament seçkilərinin ikinci mərhələsində 130 namizəd 65 yer üçün mübarizə aparacaq
# 19 aprel 2012 09:22 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İranda IX çağırış parlament seçkilərinin ikinci turunun keçirilməsi üçün bütün hazırlıqlar tamamlanıb”. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, seçki dairələri və icra heyətləri mayın 4-də keçiriləcək parlament seçkilərinin ikinci turu üçün tam hazırdır. İkinci turda 33 bölgədən 130 namizəd 65 yer üçün mübarizə aparacaq.

Qeyd edək ki, martın 2-də keçirilmiş parlament seçkilərinin birinci turunda 290 yerlik İran parlamentinə 225 millət vəkili seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR