Bank Of Baku

İran parlamenti 3 ada məsələsinə dair bəyanat qəbul edib

İran parlamenti 3 ada məsələsinə dair bəyanat qəbul edib
# 19 aprel 2012 10:00 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran parlamenti 3 ada məsələsi ilə bağlı bəyanat qəbul edib. APA-nın İRNA-ya istinadən məlumatına görə, parlamentin 290 deputatından 225 üzvünün imzaladığı bəyanatda bildirilib ki, Əbu Musa, Kiçik və Böyük Tonb adaları İrana aiddir və Birləşmiş Ərəb Əmirliyinin adalarla bağlı açıqlamalarını əsassız və boş iddialardır: “BƏƏ-nin irəli sürdüyü iddialar tarixi gerçəklərə və İranın bu adalardakı haqq və hakimiyyətinə zərər verməyəcək. İran prezidentinin Əbu Musa adasına səfəri ölkənin daxili məsələsidir”.
Sənəddə o da bildirilib ki, İran adaları müzakirə edilməyəcək mövzudur: “Qonşuluq əlaqələrinin qorunması üçün yanlış anlaşılmaların qabağını almaq məqsədi ilə BƏƏ ilə müzakirələr aparılmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR