Bank Of Baku

Almaniyanın “Porsche Automobil Holding SE” şirkəti İranla əməkdaşlığı dayandırıb

Almaniyanın “Porsche Automobil Holding SE” şirkəti İranla əməkdaşlığı dayandırıb
# 19 aprel 2012 22:37 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Almaniyanın “Porsche Automobil Holding SE” şirkəti Avropa Birliyinin İrana qarşı tətbiq etdiyi sanksiyalara qoşulduğunu açıqlayıb. APA-nın məlumatına görə, son bir neçə ayda istehsal etdiyi avtomobillərinin satışına görə İrandan 17 milyon dollar gəlir əldə edən şirkət bu ölkə ilə əməkdaşlığı tamamilə dayandırıb.
Qeyd edək ki, bundan öncə Cənubi Koreyanın “Hyundai Motor Company” və ABŞ-ın “General Motors” şirkətinin şəriki olan Fransanın “PSA Peugeot Citroen” şirkəti İranla əməkdaşlığını kəsib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR