Bank Of Baku

İranda biri əhalinin gözü qarşısında olmaqla 3 nəfər edam edilib

İranda biri əhalinin gözü qarşısında olmaqla 3 nəfər edam edilib
# 20 aprel 2012 01:49 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda 3 nəfər edam edilib. APA-nın məlumatına görə, islam qaydalarına və şəriət qanunlarına zidd əməllər törətməkdə təqsirləndirilən şəxslər ölüm hökmünə məhkum ediliblər. Onlardan biri Mərvdəşt şəhərində əhalinin gözü önündə, iki məhkum isə Şahrud şəhərində edam edilib. Çəmənsəra şəhərinin prokuroru Mərvdəşt şəhərində edam edilən gənci quldur adlandıraraq, əxlaq qaydalarını pozduğu üçün onun çox böyük günah etdiyini bildirib. Digər 2 nəfərə də iffətə zidd əməl törətdikləri üçün edam cəzası verildiyi açıqlanıb.
Qeyd edək ki, İran edam cəzalarının sayına görə dünyada Çindən sonra ikinci yeri tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR