Bank Of Baku

İraq baş naziri: «Türkiyə regionun bütün ölkələri üçün düşmənə çevrilir»

İraq baş naziri: «Türkiyə regionun bütün ölkələri üçün düşmənə çevrilir»
# 20 aprel 2012 20:49 (UTC +04:00)
Bakı-APA. Türkiyənin bölgədə hegemonluq etmək cəhdləri və qonşu ölkələrin işlərinə qarışmaq arzusu bu ölkəni regionun bütün ölkələri üçün düşmənə çevirəcək. APA-nın məlumatına görə İraq baş naziri Nuri əl-Maliki belə bir bəyanatla çıxış edib.

«Bu cür daxili və regional siyasəti davam etdirmək Türkiyənin maraqlarına zərbə vuracaq və onu hamı üçün düşmən dövlətə çevirəcək...Öz son bəyanatı ilə baş nazir Tayyib Ərdoğan yenidən İraqın daxili işlərinə qarışmağa başlayır və əvvəlki kimi bölgədə hegemonluq etmək xəyalı ilə yaşadığını sübut edir», deyə bəyanatda bildirilir.

Frans Press agentliyinin məlumatına görə, aprelin 19-da İstanbulda İraq kürdlərinin liderlərindən biri olan Məsud Bərzani ilə görüş zamanı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Əl-Maliki hökumətini sünnilərə qarşı diskriminasiyada günahlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR