Bank Of Baku

Suriyada 250-yə yaxın silahlı hökumət qüvvələrinə təslim olub

Suriyada 250-yə yaxın silahlı hökumət qüvvələrinə təslim olub
# 21 aprel 2012 04:20 (UTC +04:00)
Bakı-APA. Suriyada hökumətə qarşı mübarizə aparan 248 silahlı dünən təslim olub. Bu barədə Suriyanın SANA informasiya agentliyi məlumat yayıb.

Mübarizədən imtina etmiş silahlılar Dəməşqdən 200 km şimalda yerləşən Xama şəhərində hökumət qüvvələrinə təslim olublar.

Aprelin 12-dən etibarən Suriyada hökumət və müxalif qüvvələr arasında atəşkəs qüvvədədir. Atəşkəs BMT təmsilçisi Kofi Annanın Suriya böhranının həllinə dair planına uyğun olaraq həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR