Barak Obama: “Biz hər problemi hərbi müdaxilə yolu ilə həll edə bilmərik”
24 aprel 2012 12:52 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “Biz hər problemi hərbi müdaxilə yolu ilə həll edə bilmərik. Bizim başqa variantlarımız da var”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu fikirləri ABŞ prezidenti Barak Obama İranın mübahisəli nüvə proqramına münasibət bildirərkən söyləyib. O bildirib ki, ABŞ dünya təhlükəsizliyini təhdid edən, Holokostu inkar edən və İsraili məhv etməklə hədələyən bir ölkə ilə qarşı-qarşıyadır: “Ona görə də ABŞ İranın nüvə silahına sahib olmasına maneə törətmək üçün əlindən gələni etməlidir. Bunun üçün hərbi müdaxilədən başqa variantlar da var. Çünki asan təhlil edilməyəcək qarşıdurmaların, eyni zamanda mənasız və qarşısı alına bilməyəcək ölümlərin olacağını yaxşı bilirik”.
Asiya
Fransanın Şri-Lankadakı səfiri iqamətgahında ölü tapılıb
23:30
26 may 2024
Türkiyədə ağır yol qəzası baş verib, 10 nəfər ölüb, çoxsaylı yaralı var
23:06
26 may 2024
HAMAS Təl-Əvivi raket atəşinə tutub, 2 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB-1
19:13
26 may 2024
Hindistanda əyləncə parkında yanğın olub, 28 nəfər ölüb
17:56
26 may 2024